Prezident İlham Əliyev və Hakan Fidan regional məsələləri müzakirə edib
Xarici siyasət
- 05 iyul, 2023
- 09:45
Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyənin xarici işlər naziri Hakan Fidan regional məsələləri müzakirə edib.
"Report" xəbər verir ki, Bakıda səfərdə olan türkiyəli nazir iyulun 5-də Prezident İlham Əliyevin qəbulunda olarkən söhbət zamanı regional məsələlərə dair fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində gedən proseslər barədə danışıb.
Görüşdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin strateji müttəfiqlik zəminində, “bir millət, iki dövlət” prinsipi əsasında bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, ölkələrimizin daim bir-birinin yanında olduqları qeyd edilib.
Son xəbərlər
06:17
ABŞ Rusiya və Çinə qabaqcıl çiplərin satışını qadağan etmək niyyətindədir
İKT05:53
KİV: Britaniya Rusiyanın 10,6 milyard dollarlıq aktivlərini Ukraynaya verməyə hazırdır
Digər ölkələr05:28
Laporta "Barselona"nın prezidenti postuna yenidən seçilməyəcək
Futbol05:05
Zelenski: Ukrayna hadisələrin istənilən inkişafına hazırdır
Digər ölkələr04:38
KİV: Donald Tramp miqrantlar üçün qaydaları sərtləşdirib
Digər ölkələr04:16
ABŞ Karib dənizində HDQ-ni daha bir raket esminesi ilə gücləndirib
Digər ölkələr03:40
"SpaceX"in raketi "Starlink"in internet peykinin bir qrupu ilə orbitə çıxıb
İKT03:08
ABŞ Dövlət Departamenti Kanadaya 2,68 milyard dollarlıq sursat satışını təsdiqləyib
Digər ölkələr02:37