Prezident İlham Əliyev Seneqalın dövlət başçısını COP29-a dəvət edib

Prezident İlham Əliyev Seneqalın dövlət başçısını COP29-a dəvət edib Prezident İlham Əliyev Seneqalın dövlət başçısını Azərbaycanda keçiriləcək COP29-a dəvət edib.
Xarici siyasət
18 Yanvar , 2024 14:19
Prezident İlham Əliyev Seneqalın dövlət başçısını COP29-a dəvət edib

Prezident İlham Əliyev Seneqalın dövlət başçısı Makki Sallı (Macky Sall) Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev dəvətini yanvarın 18-də Seneqalın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Şeyx Qeyenin etimadnaməsini qəbul edərkən çatdırıb.

Səfir Seneqal Prezidentinin qardaş salamlarını dövlətimizin başçısına çatdırıb. Qeyd edib ki, Seneqal Prezidenti ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi əzmindədir.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Seneqal dövlətinin başçısına çatdırmağı xahiş edib.

Görüşdə ölkələrimiz arasında əlaqələrin həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyi bildirilib. İndiyədək Azərbaycanla Seneqalın BMT və Qoşulmama Hərəkatı çərçivəsində bir-birinə göstərdiyi daimi dəstək müsbət amil kimi qeyd edilib.

Son xəbərlər

Orphus sistemi