İlham Əliyev Migel Dias-Kanel Bermudesi yenidən Kuba Prezidenti seçilməsi münasibətilə təbrik edib

İlham Əliyev Migel Dias-Kanel Bermudesi yenidən Kuba Prezidenti seçilməsi münasibətilə təbrik edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesə təbrik məktubu göndərib.
Xarici siyasət
20 Aprel , 2023 17:01
İlham Əliyev Migel Dias-Kanel Bermudesi yenidən Kuba Prezidenti seçilməsi münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesə təbrik məktubu göndərib.

"Report" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Kuba Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Xoş ənənələrə əsaslanan Azərbaycan-Kuba əlaqələri bu gün uğurla inkişaf etməkdədir. İnanıram ki, ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Kuba xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram".

Son xəbərlər

Orphus sistemi