​Prezident İlham Əliyev Türkiyənin elm, sənaye və texnologiyalar nazirini qəbul edib

​Prezident İlham Əliyev Türkiyənin elm, sənaye və texnologiyalar nazirini qəbul edib Dövlət başçısı iki ölkə arasında elm və yüksək texnologiyalar sahəsində də əməkdaşlığın daha da genişləndirməyin önəmini qeyd edib
Xarici siyasət
2 Dekabr , 2014 19:17
​Prezident İlham Əliyev Türkiyənin elm, sənaye və texnologiyalar nazirini qəbul edib

Bakı. 2 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının elm, sənaye və texnologiyalar naziri Fikri İşıkın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report"un məlumatına görə, nNazir Fikri İşık Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Əhməd Davudoğlunun salamlarını dövlət başçısına çatdırıb. O, Bakıda keçirilən “BakuTel-2014” telekommunikasiya və informasiya texnologiyaları sərgisinin əhəmiyyətini vurğulayıb. Fikri İşık Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının elm və texnologiyalar üzrə nazirlər toplantısında iştirak edəcəklərindən məmnun olduqlarını deyib.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayib Ərdoğan ilə dekabrın 1-dəki telefon söhbətini xatırlayan Prezident İlham Əliyev bir daha Türkiyə tərəfindən Azərbaycanın “G-20”nin tədbirlərinə və zirvə toplantısına dəvət edilməsini iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin yaxşı göstəricisi kimi dəyərləndirib. Dövlət başçısı iki ölkə arasında bütün sahələrdə uğurla inkişaf edən əməkdaşlığın elm və yüksək texnologiyalar sahəsində də daha da genişləndirməyin önəmini qeyd edib.

Türkiyəli nazir bildirib ki, hamı Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin “bir millət iki dövlət” fəlsəfəsinin daha da möhkəmləndirilməsində səyləri əsirgəməməlidirlər.

Dövlət başçısı İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Əhməd Davudoğlunun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi