Yuxarı

Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının dövlət başçısına təbrik məktubu göndərib

Azərbaycan ilə Vyetnam arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin bu gün də müvəffəqiyyətlə davam etməsi məmnunluq doğurur

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqa təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Vyetnam arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin bu gün də müvəffəqiyyətlə davam etməsi məmnunluq doğurur. İnanıram ki, qarşılıqlı səylərimiz, mütəmadi siyasi təmaslarımız əlaqələrimizin daim genişlənməsinə və ikitərəfli münasibətlərimizin inkişafına bundan sonra da mühüm töhfə verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına daim sülh və tərəqqi arzulayıram".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi