Yuxarı
    Bağlamaq

    ​Prezident İlham Əliyev və Prezident Məmnun Hüseyn Azərbaycan-Pakistan biznes forumunda iştirak ediblər

    Dövlət başçıları forumda çıxış ediblər

    Bakı. 12 mart. REPORT.AZ/ Martın 12-də Bakıda Azərbaycan-Pakistan biznes forumu işə başlayıb. “Report” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn biznes forumda iştirak ediblər.

    Dövlət başçıları forumda çıxış ediblər.

    Sonra Azərbaycan Ticarət və Sənaye Palatası və Pakistan Sənaye və Ticarət Palataları Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

    Azərbaycan və Pakistan tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, səhiyyə, İKT və digər sahələrdə fəaliyyət göstərən 100 nəfər iş adamının iştirakı ilə keçirilən biznes forum işini təqdimat və çıxışlarla davam etdirir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi