Prezident İlham Əliyev türkiyəli həmkarını təbrik edib

Prezident İlham Əliyev türkiyəli həmkarını təbrik edib Dövlət başçısı referendumun uğurla keçirilməsini xalqın Ərdoğanın siyasətinə verdiyi böyük dəstək kimi qiymətləndirib
Xarici siyasət
142
16 Aprel , 2017 21:31
Prezident İlham Əliyev türkiyəli həmkarını təbrik edib
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan

Bakı. 16 aprel. REPORT.AZ/ Aprelin 16-da Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

"Report" Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, İlham Əliyev Türkiyə Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı referendumun uğurla keçirilməsi və əhalinin çoxluğunun bu dəyişikliklərə səs verməsi münasibətilə Türkiyə Prezidentini və xalqını təbrik edib, referendumun nəticələrini xalqın Prezident Rəcəb Tayyib Ərdoğanın siyasətinə verdiyi böyük dəstək kimi qiymətləndirib.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi