Yuxarı

Prezident İlham Əliyev Türkiyədə baş verən hadisədən ciddi narahat olub və dövlət çevrilişi cəhdini qətiyyətlə pisləyib

Dövlət başçısı Azərbaycanın Türkiyə dövlətinin və xalqının yanında olduğunu bəyan edib

Bakı. 16 iyul. REPORT.AZ/ "Azərbaycan Prezidenti İlham Əliyev bütün gecə qardaş Türkiyədə baş verən hadisələri həyəcanla izləmiş və yaşanan proseslərdən dərin narahatlıq keçirib". 

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mətbuata açıqlamasında bildirib. 

O qeyd edib ki, Azərbaycan Prezidenti bu hadisəni birmənalı şəkildə dövlət çevrilişi cəhdi kimi qiymətləndirərək qətiyyətlə pisləyib, onu Türkiyə xalqının milli maraqlarına, ölkənin demokratik əsaslarına və hüququn aliliyinə qəsd kimi dərələndirib: "Prezident İlham Əliyev Azərbaycanın Türkiyə dövlətinin və xalqının yanında olduğunu, Türkiyə vətəndaşlarının demokratik yolla seçdiyi hakimiyyəti hərtərəfli dəstəklədiyini bəyan edib, bununla bağlı ölkənin müvafiq orqanlarına lazımi tapşırıqlar verib".

Ə.Həsənov bildirib ki, Azərbaycan dövlət başçısı Türkiyədə çevriliş cəhdinin qarşısının alınması, vəziyyətin sabitləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri alqışlayıb, qardaş ölkədə qısa zamanda vəziyyətin normallaşacağına ümidvar olduğunu bildirib: "Cənab İlham Əliyev qardaş Türkiyədə baş vermiş dövlət çevriliş cəhdi nəticəsində həlak olmuş insanlara Allahdan rəhmət diləyib, onların yaxınlarına başsağlığı verib və bütün yaralılara şəfa arzulayıb".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi