Prezident İlham Əliyev Tunisin dövlət başçısına təbrik məktubu göndərib

Prezident İlham Əliyev Tunisin dövlət başçısına təbrik məktubu göndərib "Azərbaycan ilə Tunis arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir"
Xarici siyasət
18 Mart , 2017 10:32
Prezident İlham Əliyev Tunisin dövlət başçısına təbrik məktubu göndərib

Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tunis Respublikasının Prezidenti Beji Kaid əs-Sebsiyə təbrik məktubu göndərib.

"Report"un məlumatına görə, təbrikdə deyilir:  

"Hörmətli cənab Prezident,

Tunis Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Tunis arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Tunis xalqına sülh və rifah arzulayıram".

Son xəbərlər

Orphus sistemi