Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev San-Marinonun xarici işlər nazirini qəbul edib

    Prezident İlham Əliyev əlaqələrin inkişafı üçün imkanların müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb

    Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev San-Marino Respublikasının xarici işlər naziri Paskal Valentinini qəbul edib.

    "Report" xəbər verir ki, dövlət başçısı San-Marino Respublikasının Kapitan-Regentlərinin birinci Avropa Oyunlarının açılışında iştirakının, onlarla keçirdiyi görüşlərin və aparılan geniş fikir mübadiləsinin iki ölkə arasında ikitərəfli əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Prezident İlham Əliyev əlaqələrin inkişafı üçün imkanların müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı San-Marino Respublikasının xarici işlər nazirinin Azərbaycana səfəri zamanı ikitərəfli münasibətlərin genişləndirilməsi ilə bağlı müxtəlif məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu bildirib.

    San-Marino Respublikasının xarici işlər naziri Paskal Valentini səfər proqramının geniş olduğunu deyib. O bildirib ki, son 2 ay ərzində San-Marinodan iki nümayəndə heyətinin Bakıya səfər etməsi ölkəsinin Azərbaycan ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu nümayiş etdirir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi