Bakı. 2 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev San-Marino Respublikasının Kapitan-Regentləri Can Nikola Bertiyə və Massimo Andrea Uqoliniyə təbrik məktubu göndərib.
"Report" xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:
"Zati-aliləri,
Ölkənizin milli bayramı – Respublika günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost San-Marino xalqına daim sülh və rifah diləyirəm."