Yuxarı

Prezident İlham Əliyev Qırğızıstanın yeni səfirinin etimadnaməsini qəbul edib

İqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aycigit Buranovun etimadnaməsini qəbul edib. “Report”un xəbərinə görə, səfir Aycigit Buranov fəxri qarovul dəstəsinin qarşısından keçib. O etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Görüşdə Azərbaycan ilə Qırğızıstan arasında siyasi əlaqələrin səviyyəsinin razılıq doğurduğu bildirilib, ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli görüşlərin önəmi qeyd olunub, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Söhbət zamanı Azərbaycan ilə Qırğızıstanın tərəfdaş və dost ölkələr olduğu bildirildi və əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün qarşılıqlı marağın mövcud olmasının önəmi qeyd edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi