Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı haqqında sənədli filmə çəkilib - VİDEO

Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı haqqında sənədli filmə çəkilib - VİDEO Dövlət başçısı müsahibəsində Astana haqqında fikirlərini bölüşüb
Xarici siyasət
5 İyul , 2018 23:29
Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı haqqında sənədli filmə çəkilib - VİDEO

Bakı. 5 iyul. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev Astana günü ilə bağlı "Böyük çölün paytaxtı" adlı sənədli filmə çəkilib.

"Report"un yerli mətbuata istinadən verdiyi məlumata görə, İlham Əliyev müsahibəsində Qazaxıstanın paytaxtı Astana haqqında fikirlərini bölüşüb.

O bildirib ki, paytaxtın Almatı şəhərindən Astanaya köçürülməsi həmin zaman Qazaxıstan prezidentindən cəsarət, qətiyyətlilik və müdriklik tələb edirdi.

Filmdə Rusiya prezidenti Vladimir Putin, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Moldova prezidenti İqor Dodon, Özbəkistan prezidenti Şavkat Mirziyoyev və digərləri də iştirak ediblər.

Filmin tizeri Qazaxıstan Respublikası Prezidentinin Teleradio Kompleksinin "Instagram" səhifəsində paylaşılıb.

Son xəbərlər

Orphus sistemi