Prezident İlham Əliyev “Kaspersky Lab” şirkətinin sahibi və baş icraçı direktoru ilə görüşüb
Xarici siyasət
- 17 fevral, 2017
- 14:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə “Kaspersky Lab” şirkətinin sahibi və baş icraçı direktoru Yevgeni Kasperski ilə görüşüb.
"Report" xəbər verir ki, görüşdə “Kaspersky Lab” şirkətinin Azərbaycan ilə müəyyən sahələrdə uğurla əməkdaşlıq etdiyi vurğulanıb. Dünyada mürəkkəb proseslərin baş verdiyi bir dövrdə kibertəhlükəsizliyin təmin olunmasının ikitərəfli əməkdaşlıqda mühüm yer tutduğu bildirildi. Azərbaycan ilə əlaqələrin daha da genişləndirilməsinin vacibliyinin vurğulandığı söhbət zamanı xüsusilə sənaye və digər sahələrdəki proseslərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlərin görülməsi ətrafında fikir mübadiləsi aparılıb.
Son xəbərlər
09:11
"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub
Maliyyə
09:08
ADB Azərbaycanın elektrik şəbəkələrini modernləşdirmək üçün TİƏ-tə 350 min dollar ayıracaq
Energetika
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (23.10.2026)
Maliyyə
09:02
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (23.10.2026)
Maliyyə
09:01
EHF Avropa Kuboku: "Kür" komandası Mingəçevirdə Bosniya və Herseqovina klubu ilə qarşılaşacaq
Komanda
08:54
"Reuters": BƏƏ sahillərində tankerdən neft sızması baş verib
Digər ölkələr
08:40
"Politico": Avropada bu yay istilər səbəbindən azı 50 min nəfər ölüb
Digər ölkələr
08:19
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:08
Çində zəlzələ nəticəsində xəsarət alanların sayı 65 nəfərə çatıb - Yenilənib
Digər ölkələr