Prezident İlham Əliyev monqolustanlı həmkarına təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev monqolustanlı həmkarına təbrik məktubu ünvanlayıb Bakı. 10 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev Monqolustanın Prezidenti Xaltmaa Battulqaya təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
10 İyul , 2018 17:45
Prezident İlham Əliyev monqolustanlı həmkarına təbrik məktubu ünvanlayıb
0 : 00
0 : 00

Bakı. 10 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev Monqolustanın Prezidenti Xaltmaa Battulqaya təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident,

Monqolustanın milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Monqolustan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına daim əmin-amanlıq və tərəqqi arzulayıram”.

Son xəbərlər

Orphus sistemi