Prezident İlham Əliyev Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü İdarə Heyətinin sədrini qəbul edib

Prezident İlham Əliyev Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü İdarə Heyətinin sədrini qəbul edib Kler Şort Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə liderlik nümayiş etdirdiyini vurğulayıb
Xarici siyasət
8 Oktyabr , 2015 15:39
Prezident İlham Əliyev Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü İdarə Heyətinin sədrini qəbul edib

Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü İdarə Heyətinin sədri Kler Şortu qəbul edib. “Report”un xəbərinə görə, ilk dəfə Azərbaycana 20 il əvvəl səfər etdiyini vurğulayan Kler Şort ötən dövr ərzində ölkədə əldə olunan inkişaf münasibətilə Prezident İlham Əliyevi təbrik edib. Kler Şort Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə qoşulan ilk ölkələrdən olduğunu və bu təşəbbüsdə liderlik nümayiş etdirdiyini vurğulayıb.

Xoş sözlərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev ölkədə bütün sahələrdə böyük uğurlar əldə olunduğunu vurğulayaraq Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündə iştirakının önəmini qeyd edib. 2006-cı ildən böyük həcmdə neft istehsalına başlanıldığını deyən Prezident İlham Əliyev yüksək neft qiymətlərinin ölkədə iqtisadi inkişafın şaxələndirilməsi üçün baza yaradılmasına, sosial sahədə layihələrin icra edilməsinə, infrastrukturun qurulmasına və abadlıq-quruculuq işlərinin həyata keçirilməsinə yaxşı imkanlar yaratdığını bildirib. Hazırkı dövrdə neftin qiymətinin aşağı olmasına toxunan dövlət başçısı bununla bağlı ölkəmizin gəlirlərinin azalmasına baxmayaraq, ümumi daxili məhsulda qeyri-neft sektorunun payının 70 faizə yaxın olduğunu və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük uğurların əldə edildiyini deyib.

Görüşdə Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündə iştirakının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi