Prezident İlham Əliyev Macarıstan Prezidentini təbrik edib

Prezident İlham Əliyev Macarıstan Prezidentini təbrik edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Prezidenti Yanoş Aderə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
22 Oktyabr , 2019 16:35
Prezident İlham Əliyev Macarıstan Prezidentini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Prezidenti Yanoş Aderə təbrik məktubu ünvanlayıb.

"Report"un xəbərinə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Macarıstan əlaqələri gündən-günə genişlənməkdədir. İnanıram ki, ölkələrimiz arasındakı tərəfdaşlıq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ardıcıl şəkildə inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Macarıstan xalqına daim sülh və firavanlıq diləyirəm".

Son xəbərlər

Orphus sistemi