Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev Lixtenşteyn parlamentinin sədrini qəbul edib

    Azərbaycan Prezidenti əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi və nəzərdən keçirilməsinin önəmini qeyd edib

    Bakı. 27 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev iyunun 27-də Lixtenşteyn parlamentinin sədri Albert Friki qəbul edib.

    "Report" xəbər verir ki, Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə dövlət başçısını təbrik edən Lixtenşteyn parlamentinin sədri Albert Frik bütün iştirakçılara, o cümlədən Lixtenşteyn idmançılarına yaradılan şəraitə görə minnətdarlığını ifadə edib. Albert Frik ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb. Azərbaycanda və Lixtenşteyndə mövcud olan siyasi və iqtisadi sabitliyin önəmini qeyd edən qonaq iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu deyib.

    Birinci Avropa Oyunlarının əhəmiyyətinə toxunan dövlət başçısı bu Oyunları Avropanın idman tarixində böyük hadisə kimi dəyərləndirib. Prezident İlham Əliyev qeyd edib ki, Beynəlxalq Olimpiya Komitəsinin üzvləri və bütün qonaqlar Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyini və bu Oyunların Yay Olimpiya Oyunları səviyyəsində olduğunu bildirirlər. Dövlət başçısı Azərbaycanın Lixtenşteyn ilə ikitərəfli münasibətləri genişləndirməkdə maraqlı olduğunu bildirib. İki ölkə arasında münasibətlərin siyasi, iqtisadi, sərmayə qoyuluşu, parlamentlərarası əlaqələr və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayan Prezident İlham Əliyev əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi və nəzərdən keçirilməsinin önəmini qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi