Yuxarı

Prezident İlham Əliyev Latviyanın sabiq dövlət başçısını qəbul edib

Azərbaycanın böyük şairi Nizami Gəncəvinin adını daşıyan Mərkəzin artıq vacib beynəlxalq instituta çevrildiyi vurğulanıb

Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqanı və İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldini qəbul edib. 

“Report” xəbər verir ki, görüşdə Azərbaycanın böyük şairi Nizami Gəncəvinin adını daşıyan Mərkəzin artıq vacib beynəlxalq instituta çevrildiyi və bu qurumun müxtəlif sahələri əhatə edən tədbirlərinə marağın ildən-ilə artığı qeyd olunub, bu istiqamətdə işlərin davam etdirilməsinin və fəaliyyətin daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Söhbət zamanı Mərkəzin xalqlar və ölkələr arasında dostluğun və qarşılıqlı anlaşmanın daha da möhkəmləndirilməsi işinə verdiyi töhfə xüsusi qeyd edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi