Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Çoummali Sayasoneyə təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir:
"Hörmətli cənab Prezident,
Laos Xalq Demokratik Respublikasının milli bayramı – Respublika günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Laos xalqına sülh və tərəqqi arzulayıram".