Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev: "İstanbuldakı partlayış nəticəsində insanların həlak olması və yaralanması xəbərindən olduqca sarsıldıq"

    Dövlət başçısı Ərdoğana başsağlığı verib

    Bakı. 12 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. “Report”un xəbərinə görə, başsağlığı mətnində deyilir:

    “Hörmətli cənab Prezident,

    Əziz Qardaşım,

    İstanbulun Sultanəhməd meydanında törədilmiş partlayış nəticəsində insanların həlak olması və yaralanması xəbərindən olduqca sarsıldıq.

    Biz bu amansız terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı ən kəskin şəkildə və hamılıqla mübarizə aparılmasını zəruri hesab edirik.

    Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

    Allah rəhmət eləsin!”

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi