Prezident İlham Əliyev İordaniyanın Kralını təbrik edib

Prezident İlham Əliyev İordaniyanın Kralını təbrik edib Azərbaycanın Prezidenti İlham Əliyev İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
24 May , 2019 17:50
Prezident İlham Əliyev İordaniyanın Kralını təbrik edib

Azərbaycanın Prezidenti İlham Əliyev İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Əlahəzrət, Əziz Qardaşım,

İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş İordaniya xalqına daim sülh və rifah arzulayıram".

Son xəbərlər

Orphus sistemi