Prezident İlham Əliyev İndoneziya və Qabonun dövlət başçılarına təbrik məktubu göndərib

Prezident İlham Əliyev İndoneziya və Qabonun dövlət başçılarına təbrik məktubu göndərib Dövlət başçısı hər iki ölkənin prezidentini və xalqını müstəqillik günü münasibətilə təbrik edib
Xarici siyasət
15 Avqust , 2015 18:17
Prezident İlham Əliyev İndoneziya və Qabonun dövlət başçılarına təbrik məktubu göndərib

Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir.

"Hörmətli cənab Prezident,

İndoneziya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə İndoneziya arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İndoneziya xalqına sülh və rifah diləyirəm".

Prezident İlham Əliyev həmçinin Qabon Respublikasının Prezidenti Ali Bonqo Ondimbaya da təbrik məktubu göndərib. Təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".

Son xəbərlər

Orphus sistemi