Prezident İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib

Prezident İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib “Tehranda çoxmərtəbəli binanın çökməsi nəticəsində insanların həlak olması xəbəri məni olduqca kədərləndirdi”
Xarici siyasət
21 Yanvar , 2017 12:26
Prezident İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib

Bakı. 21 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı verib.

“Report”un xəbərinə görə, başsağlığı mətnində deyilir:

“Hörmətli cənab Prezident,

Tehranda çoxmərtəbəli binanın çökməsi nəticəsində insanların həlak olması xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

Son xəbərlər

Orphus sistemi