Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb
Xarici siyasət
10 Oktyabr , 2015 14:40
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib

Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 10-da Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbul edib.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb, ölkələrimizin enerji, nəqliyyat, infrastruktur sahələrində həyata keçirdiyi birgə layihələrin əhəmiyyətinə toxunulub.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycana səfərinin iki ölkə arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlərin müzakirəsi baxımından önəmini qeyd edib.