Prezident İlham Əliyev fransalı həmkarına başsağlığı verib

Prezident İlham Əliyev fransalı həmkarına başsağlığı verib "Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm"
Xarici siyasət
10 Mart , 2015 19:22
Prezident İlham Əliyev fransalı həmkarına başsağlığı verib

Bakı. 10 mart. REPORT.AZ/ Prezident İlham Əliyev Fransa prezidenti Fransua Ollanda başsağlı məktubu göndərib. "Report"un məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Argentinada baş vermiş vertolyot qəzasında Olimpiya çempionu Kamil Muffanın, tanınmış idmançıların və digər həmvətənlərinizin həlak olması xəbəri bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Son xəbərlər

Orphus sistemi