Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev Estoniya Prezidentinə təbrik məktubu göndərib

    Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm

    Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Estoniya Respublikasının Prezidenti Toomas Hendrik İlvesə təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrikdə deyilir:

    "Hörmətli cənab Prezident, Əziz Dostum,

    Estoniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

    Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Estoniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi