Prezident İlham Əliyev: "Bu ağır dəqiqələrdə Azərbaycan xalqı Türkiyə xalqının yanındadır"

Prezident İlham Əliyev: "Bu ağır dəqiqələrdə Azərbaycan xalqı Türkiyə xalqının yanındadır" Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
Xarici siyasət
10 Oktyabr , 2015 17:26
Prezident İlham Əliyev: Bu ağır dəqiqələrdə Azərbaycan xalqı Türkiyə xalqının yanındadır

Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

"Report" xəbər verir ki, məlumatı Prezidentin mətbuat xidməti yayıb. 

Azərbaycan Prezidenti Ankarada baş vermiş dəhşətli terror aktı nəticəsində xeyli sayda insanın tələf olması və yaralanması xəbərindən dərin sarsıntı hissi keçirdiyini bildirib, ölənlərin ailə üzvlərinə və yaxınlarına, bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı çatdırıb.

Prezident İlham Əliyev bu ağır dəqiqələrdə Azərbaycan xalqının Türkiyə xalqının yanında olduğunu bir daha vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

Son xəbərlər

Orphus sistemi