Prezident İlham Əliyev: "Neftin qiyməti ilə bağlı yaranmış vəziyyətdə iqtisadiyyatın şaxələndirilməsi mühüm əhəmiyyət daşıyır" - YENİLƏNİB

Prezident İlham Əliyev: "Neftin qiyməti ilə bağlı yaranmış vəziyyətdə iqtisadiyyatın şaxələndirilməsi mühüm əhəmiyyət daşıyır" - YENİLƏNİB Dövlət başçısı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edib
Xarici siyasət
28 Noyabr , 2016 12:36
Prezident İlham Əliyev: Neftin qiyməti ilə bağlı yaranmış vəziyyətdə iqtisadiyyatın şaxələndirilməsi mühüm əhəmiyyət daşıyır - YENİLƏNİB

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 28-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report"  xəbər verir ki, dövlət başçısı Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolson ilə sonuncu görüşünü məmnunluqla xatırlayıb. 

İki ölkə arasında əməkdaşlığın genişləndiyini razılıqla qeyd edən Prezident İlham Əliyev iqtisadi əməkdaşlığın enerji sektorundan tutmuş iqtisadiyyatın digər müxtəlif sahələrinədək şaxələndirilməsinin önəmini vurğulayıb. İqtisadiyyatın şaxələndirilməsini ölkənin əsas məqsədlərindən biri kimi dəyərləndirən dövlət başçısı xüsusilə neftin qiyməti ilə bağlı yaranmış vəziyyətlə əlaqədar bunun mühüm əhəmiyyət daşıdığını bildirib. Prezident İlham Əliyev gələcəkdə dayanıqlı inkişafa yardım edə biləcək sahələrdə ənənəvi tərəfdaşlarımızla daha möhkəm əlaqələrin qurulmasının önəmini qeyd etdi.

Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolson öz növbəsində Prezident İlham Əliyev ilə son görüşünün uğurlu keçdiyini vurğulayıb. Azərbaycan ilə əməkdaşlığa toxunan qonaq ölkəinn müvafiq maliyyə qurumları, o cümlədən bankları və fond birjası ilə əlaqələrin qurulduğunu məmnunluqla qeyd edərək London Fond Birjasının Azərbaycan ilə tam tərəfdaşlıq əlaqələri qurulmasında maraqlı olduğunu bildirib.

Baronessa Nikolson gələn ilin yazında Londonda Azərbaycanın maliyyə strukturları ilə birgə konfrasın keçirilməsini təklif edərək, dövlət başçısının orada iştirakının əhəmiyyətli ola biləcəyini deyib. Dünya şöhrətli memar Zaha Hadidin Azərbaycanda həyata keçirdiyi layihənin uğurlu olduğunu məmnunluqla xatırlayan qonaq gələcəkdə digər layihələrlə bağlı bu əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

*** 10:21

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 28-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolsonu qəbul edib.

"Report" xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb. 

Son xəbərlər

Orphus sistemi