Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini qəbul edib

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini qəbul edib Dövlət başçısı Bosniya və Herseqovina ilə əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi
Xarici siyasət
11 İyun , 2015 23:33
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini qəbul edib

Bakı. 11 İyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniçi qəbul edib.

"Report"un xəbərinə görə, Azərbaycan ilə Bosniya və Herseqovina arasında ikitərəfli əlaqələrin səviyyəsinin razılıq doğurduğunu vurğulayan dövlət başçısı bu əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Birinci Avropa Oyunlarına böyük marağın olduğunu vurğulayan prezident İlham Əliyev bu yarışlarda iştirak edən Bosniya və Herseqovina idmançılarına uğurlar arzuladı.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç bir neçə il bundan əvvəl Bosniya və Herseqovina Parlament Məclisinin Xalqlar Palatasında Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımına dair rəsmi sənəd - Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunmasına dair qətnamə qəbul olunduğunu vurğuladı.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olundu, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Son xəbərlər

Orphus sistemi