Prezident İlham Əliyev Birinci Moskva Dövlət Tibb Universitetinin rektorunu qəbul edib

Prezident İlham Əliyev Birinci Moskva Dövlət Tibb Universitetinin rektorunu qəbul edib Birinci Moskva Dövlət Tibb Universiteti ilə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub
Xarici siyasət
21 Aprel , 2015 13:07
Prezident İlham Əliyev Birinci Moskva Dövlət Tibb Universitetinin rektorunu qəbul edib

Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçkonu qəbul edib. “Report”un məlumatına görə, Pyotr Qlıboçko Bakıda gedən çox böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını vurğulayıb. O, Azərbaycanın müvafiq strukturları ilə əməkdaşlığa toxunaraq rəhbərlik etdiyi təhsil ocağında xeyli sayda azərbaycanlı tələbənin uğurla təhsil aldığını qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanda təhsilə dövlət səviyyəsində böyük qayğının göstərildiyini qeyd edərək bu sahənin ölkənin inkişafının əsas prioritetlərindən biri olduğunu vurğulayıb, gənc nəslin hərtərəfli inkişafı istiqamətində, o cümlədən peşəkar tibb kadrlarının yetişdirilməsi sahəsində ölkədə genişmiqyaslı işlərin həyata keçirildiyini bildirib.

Görüşdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti ilə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Son xəbərlər

Orphus sistemi