​Prezident İlham Əliyev Belçika baş nazirinin müavinini qəbul edib

​Prezident İlham Əliyev Belçika baş nazirinin müavinini qəbul edib Görüşdə qeyri-neft sektoru, mədəniyyət, viza verilməsinin sadələşdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
28 Aprel , 2015 18:05
​Prezident İlham Əliyev Belçika baş nazirinin müavinini qəbul edib

Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Avropa Şurası Nazirlər Komitəsinin sədri, Belçika Krallığı baş nazirinin müavini, xarici işlər, xarici ticarət və inkişafa yardım naziri Didier Reindersin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Belçika Krallığı arasında ikitərəfli əlaqələrin inkişafının razılıq doğurduğu bildirilib, əməkdaşlığımızın genişləndirilməsində qarşılıqlı marağın olduğu qeyd edilib, Belçika şirkətlərinin ölkəmizdəki uğurlu fəaliyyətinin önəmi vurğulanıb, Avropa Şurası Nazirlər Komitəsinin sədri, Belçika Krallığı baş nazirinin müavini, xarici işlər, xarici ticarət və inkişafa yardım naziri Didier Reindersin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığı bildirilib.

Söhbət zamanı qeyri-neft sektoru, mədəniyyət, viza verilməsinin sadələşdirilməsi, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi