Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyana başsağlığı məktubu göndərib.
"Report"un məlumatına görə, mətndə deyilir:
"Əlahəzrət,
Ananız Şeyxa Hassa bint Məhəmməd Al Nəhyanın vəfatı xəbərindən olduqca kədərləndim.
Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!"