Prezident İlham Əliyev: "Azərbaycan və Türkiyə bütün məsələlərdə bir-birini dəstəkləyir"

Prezident İlham Əliyev: "Azərbaycan və Türkiyə bütün məsələlərdə bir-birini dəstəkləyir" Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycan və Türkiyə bütün məsələlərdə bir-birini dəstəkləyir, beynəlxalq təşkilatlarda, o cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində sıx əməkdaşlıq edir.
Xarici siyasət
6 Mart , 2019 13:36
Prezident İlham Əliyev: Azərbaycan və Türkiyə bütün məsələlərdə bir-birini dəstəkləyir

Bakı. 6 mart. REPORT.AZ/ "Azərbaycan və Türkiyə bütün məsələlərdə bir-birini dəstəkləyir, beynəlxalq təşkilatlarda, o cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində sıx əməkdaşlıq edir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 6-da Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib.

Azərbaycan ilə Türkiyə arasında tərəfdaşlığın bu gün yüksək səviyyədə olduğunu və uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev ölkələrimizin üçtərəfli və dördtərəfli regional formatlarda da əməkdaşlığını vurğulayıb.

Dövlət başçısı Azərbaycan və Türkiyənin birgə səylərlə həyata keçirdiyi önəmli regional təşəbbüsləri, o cümlədən artıq istismara verilmiş TANAP, “STAR” neft emalı zavodu kimi irimiqyaslı layihələri qeyd edib. 

Son xəbərlər

Orphus sistemi