Yuxarı

​Prezident İlham Əliyev Angela Merkelə başsağlığı verib

“Münxendə ticarət mərkəzinə silahlı hücum nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri məni olduqca kədərləndirdi”

Bakı. 23 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelə başsağlığı verib.

“Report”un xəbərinə görə, başsağlığı mətnində deyilir:

“Hörmətli xanım Federal Kansler,

Münxendə ticarət mərkəzinə silahlı hücum nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi