Prezident İlham Əliyev Angela Merkelə başsağlığı məktubu göndərib

Prezident İlham Əliyev Angela Merkelə başsağlığı məktubu göndərib “Görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Helmut Kolun vəfatı xəbəri məni olduqca kədərləndirdi”
Xarici siyasət
1963
17 İyun , 2017 14:31
Prezident İlham Əliyev Angela Merkelə başsağlığı məktubu göndərib

Bakı. 17 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelə başsağlığı məktubu göndərib.

“Report”un məlumatına görə, başsağlığı mətnində deyilir:

“Hörmətli xanım Federal Kansler,

Almaniya Federativ Respublikasının keçmiş Federal Kansleri, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Helmut Kolun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Son xəbərlər

Orphus sistemi