Prezident İlham Əliyev Albaniya və Mavritaniyanın dövlət başçılarını təbrik edib

Prezident İlham Əliyev Albaniya və Mavritaniyanın dövlət başçılarını təbrik edib Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti İlir Metaya təbrik məktubu ünvanlayıb. 
Xarici siyasət
27 Noyabr , 2017 18:08
Prezident İlham Əliyev Albaniya və Mavritaniyanın dövlət başçılarını təbrik edib

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti İlir Metaya təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Prezident,

Albaniya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq və əməkdaşlıq münasibətləri daim inkişaf edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Albaniya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".

Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Əbdüləzizə təbrik məktubu ünvanlayıb. Təbrik mətnində deyilir: 

"Hörmətli cənab Prezident,

Mavritaniya İslam Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Mavritaniya münasibətləri daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Mavritaniya xalqına sülh və tərəqqi arzulayıram".

Son xəbərlər

Orphus sistemi