Prezident: "Azərbaycan və Serbiyanın üzləşdiyi münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapmalıdır"

Prezident: "Azərbaycan və Serbiyanın üzləşdiyi münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapmalıdır" Bakı. 21 may. REPORT.AZ/ İlk növbədə, bir daha Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. Biz Sizin səfərinizə böyük əhəmiyyət veririk. Əminəm ki, səfərin nəticələri Serbiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin inkişafı üçün yeni imkanlar açacaq.
Xarici siyasət
21 May , 2018 16:53
Prezident: Azərbaycan və Serbiyanın üzləşdiyi münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapmalıdır
0 : 00
0 : 00

Bakı. 21 may. REPORT.AZ/ "İlk növbədə, bir daha Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. Biz Sizin səfərinizə böyük əhəmiyyət veririk. Əminəm ki, səfərin nəticələri Serbiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin inkişafı üçün yeni imkanlar açacaq".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Bakıda Serbiya Prezidenti Aleksandr Vuçiçlə birgə mətbuata bəyanatla çıxış edərkən bildirib.

"Biz strateji tərəfdaşıq və bu gün imzalanan sənədlər arasında strateji tərəfdaşlıq üzə Birgə Fəaliyyət Planı imzalanmışdır. Bu, çox geniş və əhəmiyyətli sənəddir. Bu sənəddə bizim gələcək əməkdaşlığımızla bağlı bütün önəmli məsələlər öz əksini tapmışdır.

Biz beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizi dəstəkləyirik. Bütün önəmli məsələlərdə bir-birimizə dəstək göstəririk. Ölkələrimizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı ilə bağlı məsələlərdə bütün beynəlxalq təşkilatlarda bir-birimizi daim dəstəkləyirik. Üzləşdiyimiz münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkələrimizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində öz həllini tapmalıdır. Bu məsələ ilə bağlı biz daim bir-birimizə qarşılıqlı dəstək göstəririk və bundan sonra da göstərəcəyik", deyə dövlət başçısı vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi