Prezident: Azərbaycan və Misir beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir

Xarici siyasət
  • 08 iyun, 2024
  • 11:00
Prezident: Azərbaycan və Misir beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir

Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz (Misirlə - red.) üst-üstə düşür.

"Report"un məlumatına görə, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə mətbuata bəyanatında səsləndirib.

Azərbaycan ilə Misirin beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışdıqlarını, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq etdiklərini söyləyən dövlət başçısı deyib ki, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstəririk.