Prezident Azərbaycan və Çili XİN-ləri arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumunu təsdiqləyib

Prezident Azərbaycan və Çili XİN-ləri arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumunu təsdiqləyib Bakı. 14 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Çili Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.
Xarici siyasət
14 Noyabr , 2018 18:12
Prezident Azərbaycan və Çili XİN-ləri arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumunu təsdiqləyib

Bakı. 14 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Çili Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Çili Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında 2018-ci il sentyabrın 13-də Santyaqo şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etməli, Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çili Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Son xəbərlər

Orphus sistemi