Prezident: "Azərbaycan-Qırğızıstan əməkdaşlığının əlamətdar məqamları münasibətlərin qardaş xarakterini ifadə edir"

Prezident: "Azərbaycan-Qırğızıstan əməkdaşlığının əlamətdar məqamları münasibətlərin qardaş xarakterini ifadə edir" Azərbaycan-Qırğızıstan əməkdaşlığının əlamətdar məqamları münasibətlərin qardaş xarakterini ifadə edir.
Xarici siyasət
11 Oktyabr , 2022 17:19
Prezident: Azərbaycan-Qırğızıstan əməkdaşlığının əlamətdar məqamları münasibətlərin qardaş xarakterini ifadə edir
İlham Əliyev

Azərbaycan-Qırğızıstan əməkdaşlığının əlamətdar məqamları münasibətlərin qardaş xarakterini ifadə edir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bişkekdə Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə keçirilən Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclasında deyib.

"Mən Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xatirəsinə hörmətə görə Sizə xüsusi təşəkkür bildirmək istəyirəm. Bişkekin böyük məktəblərindən birinə onun adı verilib", - dövlət başçısı vurğulayıb.

Qırğızıstanda Qırğız-Azərbaycan Dostluq Parkının, Nizami Gəncəvi adına məktəbin açılacağını qeyd edən Prezident İlham Əliyev bildirib ki, əməkdaşlığımızın bütün bu əlamətdar məqamları Azərbaycan xalqının dərin minnətdarlığına səbəb olur və münasibətlərin qardaş xarakterini ifadə edir.

Azərbaycan Prezidenti ölkələrimizin bundan sonra da səmərəli əməkdaşlıq edəcəyinə əminliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi