Potsdamda ATƏT-in xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü başlayıb

Xarici siyasət
  • 01 sentyabr, 2016
  • 11:26
Potsdamda ATƏT-in xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü başlayıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Almaniyanın Potsdam şəhərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü başlayıb.

"Report" xəbər verir ki, iclası ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer açıb.

"ATƏT məkanında etimadın bərpası üzrə müzakirələri gücləndirmək lazımdır", - deyə, o bildirib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun da iştirak etdiyi iclasın gedişində iştirakçılar ATƏT regionunda təhlükəsizliyin ümumi problemlərini, ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi məsələlərini, ATƏT məkanında böhranların və həll olunmamış münaqişələrin, o cümlədən də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcəklər.

Həmçinin, XİN başçıları dekabrın əvvəlində Almaniyanın Hamburq şəhərində keçiriləcək Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasına hazırlığı müzakirə edəcəklər.