Britaniyalı politoloq: Brüsseldə Ermənistana hərbi yardım vədi Cənubi Qafqaz üçün təhdid yaradır

Britaniyalı politoloq: Brüsseldə Ermənistana hərbi yardım vədi Cənubi Qafqaz üçün təhdid yaradır Brüsseldə Aİ-ABŞ-Ermənistan formatında keçirilən görüş və İrəvana hərbi yardım vədi Cənubi Qafqaz regionunda həqiqətən sülh istəyən ölkələrin narahatlıqlarının əsassız olmadığını üzə çıxarıb.
Xarici siyasət
6 Aprel , 2024 16:09
Britaniyalı politoloq: Brüsseldə Ermənistana hərbi yardım vədi Cənubi Qafqaz üçün təhdid yaradır

Brüsseldə Aİ-ABŞ-Ermənistan formatında keçirilən görüş və İrəvana hərbi yardım vədi Cənubi Qafqaz regionunda həqiqətən sülh istəyən ölkələrin narahatlıqlarının əsassız olmadığını üzə çıxarıb.

Bunu “Report”a açıqlamasında britaniyalı politoloq və jurnalist Nil Vatson deyib.

Ekspert Bakı ilə İrəvan arasında sülh danışıqlarında irəliləyiş fonunda son vaxtlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərini atəşə tutmasını qəbuledilməz adlandırıb:

“Ermənistan bir daha beynəlxalq ictimaiyyətin bəzi aktorları tərəfindən dəstəkləndiyini hiss edir. Bu ölkədə hərbi əməliyyatların başlanılmasına dəstək qazanılması üçün kifayət qədər residivist əhvali-ruhiyyə var. Fikrimcə, Ermənistanın baş naziri Nikol Paşinyan qətiyyətsiz siyasətçidir. O, öz ritorikasını erməni xalqına uyğunlaşdırır və heç vaxt vətəndaşlarını sülhün zəruriliyinə inandırmayıb. Ermənistanın aqressiyası indi dayandırılmalıdır ki, sülh danışıqları tam iflasa uğramasın”.

Son xəbərlər

Orphus sistemi