Politoloq: “Azərbaycan Prezidentinin Tacikistana səfəri əməkdaşlıq üçün yeni səhifə açır”

Politoloq: “Azərbaycan Prezidentinin Tacikistana səfəri əməkdaşlıq üçün yeni səhifə açır” “Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana səfəri ikitərəfli münasibətlərdə yeni səhifə açır”.
Xarici siyasət
6 Aprel , 2023 15:05
Politoloq: “Azərbaycan Prezidentinin Tacikistana səfəri əməkdaşlıq üçün yeni səhifə açır”

“Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana səfəri ikitərəfli münasibətlərdə yeni səhifə açır”.

Bunu "Report"a açıqlamasında tacikistanlı politoloq, "İpək Yolu - Konsolidasiya Yolu" Milli Fondunun sədri Abduqani Mamadazimov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan təkcə Cənubi Qafqazda regional lider deyil, həm də qlobal Qoşulmama Hərəkatının fəal iştirakçılarından biridir.

"Azərbaycan təkcə Avropa İttifaqı üçün deyil, həm də karbohidrogenlərə ciddi ehtiyacı olan qonşu regionlar üçün etibarlı tədarükçüdür", - politoloq əlavə edib.

Onun fikrincə, bu balanslaşdırılmış fəaliyyəti sayəsində Azərbaycan “turbulent Avrasiya”da sabitliyin qorunub saxlanmasına, onun növbəti “soyuq müharibə”yə sürüklənməməsinə mühüm töhfə verir.

Abduqani Mamadazimov vurğulayıb ki, sürətlə inkişaf edən Azərbaycan ilə çoxşaxəli əməkdaşlığın qorunub saxlanması və tədricən dərinləşdirilməsi Tacikistanın milli maraqlarına cavab verir.

Xatırladaq ki, aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana dövlət səfəri başa çatıb. Səfər çərçivəsində dövlətlər arasında 14 sənəd imzalanıb.

Son xəbərlər

Orphus sistemi