Politoloq: "ABŞ regiondakı yeni gerçəkliyi nəzərə almalıdır"

Politoloq: "ABŞ regiondakı yeni gerçəkliyi nəzərə almalıdır" “Atlantik Şurası” (“Atlantic Counsil”) Cənubi Qafqaza, o cümlədən Azərbaycana dair yeni, daha ifadəli davranış xətti ortaya qoymağa çalışır.
Xarici siyasət
26 Yanvar , 2021 18:00
Politoloq: ABŞ regiondakı yeni gerçəkliyi nəzərə almalıdır

“Atlantik Şurası” (“Atlantic Counsil”) Cənubi Qafqaza, o cümlədən Azərbaycana dair yeni, daha ifadəli davranış xətti ortaya qoymağa çalışır.

Bunu “Report”a ABŞ-ın ən nüfuzlu beyin mərkəzlərindən olan “Atlantik Şurası”nın onlayn rejimdə keçirdiyi vebinarı şərh edən politoloq İlqar Vəlizadə bildirib.

Ekspertin rəyincə, Azərbaycan prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin də iştirak etdiyi bu tədbirin keçirilməsi ABŞ-ın xarici siyasət xəttinin müəyyənləşməsində birbaşa rolu olan həmin qurumun Qafqaz regionunda ABŞ mənafeyinin öncüllüklərini, istinad nöqtələrini təyin etməyə çalışdığını göstərir.

“Təbii ki, bu məsələyə Azərbaycan siyasi rəhbərliyini də cəlb edirlər. Yəni ABŞ-ın həm də Azərbaycan rəhbərliyinin fikirlərini əsas götürəcəyini bildirən çox mühüm ismarıcdır. Çünki ABŞ-ın regiondakı mənafeyini tam həcmdə təmin etmək üçün Bakı ilə tərəfdaş münasibətlərinin zəruri olduğunu düşünürlər”, - deyən politoloq Azərbaycanın Qarabağda qazandığı qələbənin də təsirilə regionda mühüm dəyişikliklərin baş verdiyini, ABŞ-ın da nəzərə alacağı yeni geosiyasi gerçəkliyinin ortaya çıxdığını qeyd edib.

“Azərbaycan tərəfinə verilən suallarda bütün bunlar sezilirdi. Əlbəttə, ABŞ ilə konstruktiv əməkdaşlıq əlaqələri regionda geosiyasi tarazlığın qurulması baxımdan bizim üçün çox mühüm amildir. Odur ki, Vaşinqtonla dialoqu davam etdirməkdə maraqlıyıq. Lakin bu dialoqun qarşılıqlı mənafeləri tam nəzərə almaqla, başlıca məsələlərlə bağlı uzlaşdırmaqla aparılması bizim üçün çox mühümdür. ABŞ üçün Yaxın Şərq regionunun enerji xəritəsində, Xəzər və Orta Asiya regionu ölkələrilə münasibətlər bağlılığında və s. Azərbaycanın yeri və rolu əhəmiyyətlidir. Ona görə fikrimcə, “Atlantic Council” və onun ekspertləri məsələləri düzgün təhlil edərək regionda Azərbaycanın artan rolu və nüfuzunu nəzərə almaqla yeni administrasiyanı qarşıda duran vəzifələrin icrasına yönəldə biləcəklər”, – deyə politoloq fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi