Polad Bülbüloğlu Moskvada beynəlxalq konfransda iştirak edib

Polad Bülbüloğlu Moskvada beynəlxalq konfransda iştirak edib Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada keçirilən “Mədəniyyətlər və sivilizasiyaların dialoqu” adlı beynəlxalq elmi-praktiki konfransın fəxri qonağı olub.
Xarici siyasət
15 Mart , 2019 17:23
Polad Bülbüloğlu Moskvada beynəlxalq konfransda iştirak edib

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada keçirilən “Mədəniyyətlər və sivilizasiyaların dialoqu” adlı beynəlxalq elmi-praktiki konfransın fəxri qonağı olub.

"Report” xəbər verir ki, konfransda Rusiyadan 226, digər ölkələrdən 10 nəfər ekspert iştirak edib.

Çoxqütblü dünyada mədəni kimlik məsələsi, müxtəlif ölkələrin tarixi və mədəni mirası, ümumi və peşə təhsilində psixologiya və pedaqogika problemləri sahəsində beynəlxalq əməkdaşlıq məsələləri konfransda müzakirə olunub.

Konfransda oxşar tədbiri gələn il də keçirmək barədə qərar verilib.

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi