Polad Bülbüloğlu: “Azərbaycan və bütün region üçün yeni səhifə başlayır”

Polad Bülbüloğlu: “Azərbaycan və bütün region üçün yeni səhifə başlayır” "Qonşularımız müdriklik edib normal qarşılıqlı əlaqə yolunu tutarsa, bu, bütün bölgə üçün faydalı olacaq"
Xarici siyasət
8 Dekabr , 2020 17:42
Polad Bülbüloğlu: “Azərbaycan və bütün region üçün yeni səhifə başlayır”
Polad Bülbüloğlu

“Azərbaycan əsgərləri uzun illər işğal altında olan torpaqları azad etdilər və bununla da bu gün təkcə Azərbaycan üçün deyil, həm də bütün region üçün yeni səhifə başlayır”.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada keçirilən biznes forumda çıxışı zamanı deyib.

“Prezidentimiz İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, bu bütün region üçün geniş fürsət pəncərəsi yaradır. Qonşularımız müdriklik edib normal qarşılıqlı əlaqə yolunu tutarsa, bu bütün bölgə üçün faydalı olacaq”, - səfir bildirib.

Son xəbərlər

Orphus sistemi