“Poçt ödəniş xidmətləri haqqında Saziş”ə dair Azərbaycanın bəyanatında Ermənistanla bağlı müddəa yer alıb

“Poçt ödəniş xidmətləri haqqında Saziş”ə dair Azərbaycanın bəyanatında Ermənistanla bağlı müddəa yer alıb Prezident İlham Əliyev “Poçt ödəniş xidmətləri haqqında” Sazişə qoşulmaq barədə qanunu imzalayıb
Xarici siyasət
17 Mart , 2016 20:45
“Poçt ödəniş xidmətləri haqqında Saziş”ə dair Azərbaycanın bəyanatında Ermənistanla bağlı müddəa yer alıb

Bakı. 17 mart. REPORT.AZ/ Prezident İlham Əliyev “Poçt ödəniş xidmətləri haqqında” Sazişə qoşulmaq barədə qanunu imzalayıb.

"Report" xəbər verir ki, Azərbaycan Respublikası “Poçt ödəniş xidmətləri haqqında” 2012-ci il oktyabrın 11-də Doha şəhərində imzalanmış Sazişə müvafiq bəyanatla qoşulub. Bəyanatda deyilir: 

"Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində “Poçt ödəniş xidmətləri haqqında Saziş”in müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermək iqtidarında deyildir.

Azərbaycan Respublikası bəyan edir ki, “Poçt ödəniş xidmətləri haqqında Saziş”in müddəalarından irəli gələn hüquq və öhdəliklər Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcəkdir.

Azərbaycan Respublikası bu bəyanatın müddəalarını istənilən vaxt dəyişdirmək və ya ləğv etmək hüququnu özündə saxlayır və digər tərəflər belə dəyişikliklər və ya ləğvetmə haqqında yazılı surətdə məlumatlandırılacaqlar".

Dövlət başçısı həmçinin Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna qoşulmaq haqqında qanunu da imzalayıb. Sənədə əsasən, Azərbaycan Respublikası 2012-ci il oktyabrın 11-də Doha şəhərində imzalanmış Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna müvafiq bəyanatla qoşulub. Bəyanatda deyilir: 

"Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində “Ümumdünya Poçt Konvensiyası və onun yekun Protokolu”nun müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermək iqtidarında deyildir.

Azərbaycan Respublikası bəyan edir ki, “Ümumdünya Poçt Konvensiyası və onun yekun Protokolu”nun müddəalarından irəli gələn hüquq və öhdəliklər Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcəkdir.

Azərbaycan Respublikası bu bəyanatın müddəalarını istənilən vaxt dəyişdirmək və ya ləğv etmək hüququnu özündə saxlayır və digər tərəflər belə dəyişikliklər və ya ləğvetmə haqqında yazılı surətdə məlumatlandırılacaqlar".

Son xəbərlər

Orphus sistemi