Peter Stano: "Aİ Azərbaycanın ölüm hökmünü qadağan edən protokolu imzalamasını alqışlayır"
- 10 mart, 2023
- 15:51
Avropa İttifaqı Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyasının bütün hallarda ölüm hökmünü qadağan edən protokolunu imzalamasını alqışlayır.
"Report" xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarının mətbuat katibi Peter Stano öz tviter hesabında yazıb.
"Avropa İttifaqı bütün hallarda qəti və birmənalı şəkildə ölüm hökmünün əleyhinədir. Bu, qəddar və qeyri-insani cəzadır, insan ləyaqətinin və bütövlüyünün inkarını təmsil edir və cinayətə qarşı çəkindirici rol oynamır", - P.Stano bildirib.
Azerbaijan: welcomes signature of the Convention on Human Rights’ protocol banning the death penalty in all circumstances.strongly opposes the use of death penalty at all times as cruel & inhumane punishment,that fails to act as deterrent to crime. https://t.co/yP3C897jZc
— Peter Stano (@ExtSpoxEU) March 10, 2023