Peter Mixalko: “Aİ-nin Azərbaycandakı nümayəndəliyi xalqın rifahı naminə çalışır”

Xarici siyasət
  • 23 yanvar, 2023
  • 12:45
Peter Mixalko: “Aİ-nin Azərbaycandakı nümayəndəliyi xalqın rifahı naminə çalışır”

“Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi xalqın rifahı naminə yorulmadan çalışır”.

“Report” xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko tviterdə yazıb.

O bildirib ki, nümayəndəlik açıldığı gündən Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsinə çalışır.

Diplomat bu gün Aİ-nin Azərbaycandakı nümayəndəliyinin yaradılmasından 15 il ötdüyünü xatırladıb.